Kişmişli kəsmikli bulkalar

07.08.2016 14:15     Maraqlı     1803

Tərkibi (8-10 pay): 

xəmir: 

15 q yaş maya
250-280 ml süd
2-3 x.q. şəkər tozu
1 qəhvə qaşığı duz
1 yumurta + 1 yumurtanın sarısı
50 q kərə yağı
2-3 x.q. bitki yağı
500 q un (bir qədər çox da ola bilər)

iç: 

500 q kəsmik
2 yumurtanın sarısı 
5 x.q. şəkər tozu (zövqə görə)
vanil

2 ovuc kişmiş
4 x.q. ərinmiş yağ

Ləyənə yaş mayanı xırdalayıb tökün. 1 ç.q. şəkər tozu, 2 x.q. un və yarım stəkan südü qarışdırıb mayanın üzərinə tökün. 15 dəqiqə isti yerdə saxlayın. 

Unu ələyin, duz, yumurta, şəkər tozu, əridilmiş yağ, gəlmiş baratanı əlavə edin. Bitki yağı əlavə edə-edə xəmir yoğurun.

Üzərinə dəsmal çəkib isti yerə qoyun. 
 
İç üçün olan ərzağı mikserlə çalın. 

Gəlmiş xəmiri 3 bərabər yerə bölün. 

Birini 5 mm qalınlıqda dördbucaqlı yayın. Üzərinə yağ çəkin, için yarısını bərabər qaydada üzərinə yayın. Bir ovuc kişmiş səpin. 

İkinci kündəni yayıb proseduru təkrarlayın (yağ + iç + kişmiş).

Üçüncü xəmiri yayıb üstdən qoyun. Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Pizza bıçağı ilə tərəfi 8 sm olan kvadratlara bölün. Ehtiyatla götürüb siniyə düzün. 

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun. 

Nuş olsun! 

Şərhlər

Çox oxunanlar