Bananlı ponçiklər
09.08.2016 01:13 Maraqlı 1683
Jemput Pisang Goreng adlanan bananlı ponçikləri Bali adasının sakinləri bişirirlər. Onları süfrəyə isti-isti, üzərinə şokolad sousu çəkib kokos yonqarı səpərək və vanilli dondurma ilə vermək olar.
Tərkibi (4 pay):
2 həddən çox yetişmiş banan
4 x.q. qəhvəyi şəkər tozu
90 q un
1 x.q. nişasta
0,5 l bitki yağı
şokoladlı sous
kokos yonqarı
vanilli dondurma
Bananları blenderdə püre halına salın. Şəkər tozu, un, nişasta əlavə edib yaxşıca qarışdırın.
Yağı dərin balaca qazanda qızdırın. İki çay qaşığının köməyilə xəmirdən götürüb qaynar yağa salıb hər tərəfini qızardın.
Yağını çəkməsi üçün kağız salfetin üzərinə düzün.
Süfrəyə isti-isti verin. Üzərinə şokolad sousu gəzdirin, kokos yonqarı səpin, yanına isə vanilli dondurma qoyun. Çox ləzzətli olur!
Nuş olsun!
Şərhlər