Hansı üzüm ən faydalıdır
13.08.2016 02:26 Maraqlı 1621
Üzüm çox faydalı müalicəvi məhsuldur. Üzüm ürək-damar, nəfəsalma sistemləri üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, ən faydalı üzüm qara üzümdür. Onun tərkibində resveratrol maddəsi ağ üzümlə müqayisədə daha çoxdur. Bu maddə ürəyi və damarları qoruyur, damarları xolesterindən təmizləyir, elastikliyini artırır, infarkt və insultun qarşısını alır. Bu maddə üzümüm qabıqlarında və çiyərdəklərində xüsusilə çoxdur. Bu səbəbdən üzümü qabıqlar və çəyirdəklərlə yemək lazımdır. Çəyirdəkləri yaxşı çeynəyin və sonra udun.
Həmçinin qara üzüm beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
Ən az faydalı isə kişmiş üzüm sayılır.
Şərhlər