Qırmızı banan haqqında bilmədiklərimiz

17.08.2016 01:55     Maraqlı     1651

Qırmızı bananın faydaları saymaqla bitmir. Bəs, görəsən qırmızı banan nədir və harada yetişir?
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qırmızı banan normal banandan daha kiçik ölçülü, qabığı tünd qırmızı və ya bənövşəyi rənglərində olan, Cənubi Amerika və Asiyada yetişdirilən bir banan növüdür. Yetkinləşdikcə rəngi daha da tündləşir. Qırmızı bananın digər bir adı "Red Dakka" olaraq da tanınır.
 
Dadı sarı banana yaxın olan qırmızı bananda yüngül moruq, çiyələk və manqo әtirlilәri dә vardır. Marmalad, çips, şokolad, pudinq, biskvit kimi məhsullarda istifadə edilən qırmızı bananın eyni zamanda unu da çıxarılır.
 
Argentinada bir araşdırmada könüllü olan qadınlar hər səhər naharda bir qırmızı banan yedilər. 3 ay sonra, bütün qadınların arıqladığı mәlum oldu.
Bu möcüzəvi meyvə, həm təbii antidepresant təsiri ilə stressdən qoruyur, həm də həzmi asanlaşdırır.
 
Qırmızı bananın tərkibindəki vitamin və minerallar sarı banandan fərqli deyil. Əsəbilik, yorğunluq, qanazlığı və yuxusuzluğa səbəb olan B6 vitamini çatışmazlığına qarşı banandan istifadə edə bilərsiniz. Bundan əlavə, bananın rəngi nə qədər tünddürsə, deməli C vitamini və beta karotin baxımından o qədər zəngindir.
 
 

Şərhlər

Çox oxunanlar