Çuğundurla acika
22.08.2016 01:33 Maraqlı 1667
Tərkibi:
2 kq çuğundur
3 kq pomidor
12 bolqar bibəri
3 sarımsaq
10 çili istiotu
0,5 st. bitki yağı
0,5 st. sirkə
3 x.q. şəkər tozu
duz
Pomidor, bibər və istiotları yuyub suyunun çəkilməsini gözləyin.
Çuğundurla sarımsağın qabığını soyun.
Tərəvəzi uyğun ölçüdə doğrayıb ət maşınından keçirin. Yağ, 9%-li sirkə, şəkər tozu və duz əlavə edin. Vam odda 40 dəqiqə bişirin. Sonra sterilizə edilmiş bankalara yığıb bağlayın, tərs çevirib soyuyanadək ədyala bükülü saxlayın. Sonra soyuq yerə qoyun.
Ərzağın şirəliliyindən asılı olaraq təxminən 7-8 ədəd 1 litrlik banka acika alınır.
Nuş olsun!
Şərhlər