Ballı biskvit
23.08.2016 01:51 Maraqlı 1699
Tərkibi (6 pay):
6 yumurta
160 q şəkər tozu
2 x.q. bal
190 q un
Yumurta, şəkər tozu və balı ağ kütlə halına gələnədək çalın. Yəni ən azından 10 dəqiqə. Həcmi təxminən 4 dəfə böyüməlidir.
Unu səliqə ilə əlavə edib aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın. 170-180 dərəcə qızdırılmış sobada bişirin. İlk 20 dəqiqə sobanın ağzını açmayın.
Bişib-bişmədiyini çöplə yoxlayın.
Bıçağı biskvitlə qabın kənarlarının arasına salıb qabdan ayırın. Sonra tərs çevirib biskviti buluda qoyun. Korju 3 yerə bölüb arasına bişmiş qatılaşdırılmış süd (onu da 150 q yağ və ya xama ilə çala bilərsiniz) çəkin.
Üzərinə krem çəkmək lazım deyil. Şokolad qlazuru çəkib ortasına qoz səpsəniz, dadlı tort alınacaq.
Nuş olsun!
Şərhlər