Xaş-xaş ilə armud mürəbbəsi

25.08.2016 00:57     Maraqlı     1724

Tərkibi: 

400 q armud
100 q şəkər tozu
2 x.q. limon şirəsi
1 x.q. xaş-xaş
0,5 budaq vanil

Armudun cecəyini çıxarıb kubik doğrayın. Qabığını da soya bilərsiniz, amma çox nazikdirsə, saxlaya bilərsiniz.

Üzərinə şəkər tozu səpin, 1 qaşıq limon şirəsi töküb 1,5-2 saat saxlayın. Şirəsi çıxacaq.  

Vanil budağını aralayıb əlavə edin. Vam odda bişirin. Qaynara düşəndən sonra səliqə ilə qarışdıraraq 20 dəqiqə bişirin. 

Xaş-xaşı quru tavada qovurun. 

Xaş-xaşı mürəbbəyə qatın, 1 x.q. limon şirəsi əlavə edib yenidən ocağa qoyun, 10 dəqiqə bişirin. (Bu mərhələdə ocağa qoymazdan əvvəl onu blenderdən keçirib püre halına da sala bilərsiniz, o zaman cem olacaq).

Sterilizə edilmiş bankalara yığın. 

Nuş olsun! 

Şərhlər

Çox oxunanlar