Balıq pəhrizinin xeyirləri
26.08.2016 01:43 Maraqlı 1548
Balıq təkcə ləzzətli qida deyil, həm də gözəl pəhriz məhsuludur. Onun tərkibi mikroelement, vitamin və asan həzm olunan zülallarla zəngindir. Balıq pəhrizi arıqlamaq üçün istifadə olunur və müsbət səmərə verir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bunun üçün bəzi məsləhətlərə əməl etmək lazımdır:
-Həftənin bir günü yalnız balıqla qiqalanmaq üçün ayrılır.
-Gün ərzində yeyilən balığın miqdarı 500-700 qramdan artıq olmamalı, qida zamanı mütləq tərəvəz və yaşıl salatlardan çox istifadə edilməlidir.
-Səhər balığı xaşlayıb 5 hissəyə ayırmaq, gün ərzində 2,5-3 saatdan bir yemək lazımdır.
-Balıq əti mütləq tərəvəz və göyərtilərlə birgə qıbul edilməlidir.
-Balıq pəhrizi günü ya qazsız mineral su və ya qaynanmış su içilməlidir.
-Həftənin bir günü tutulan balıq pəhrizi zamanı 1 ay ərzində 3-5 kiloqram arıqlamaq olar.
Şərhlər