Tez başa gələn xiyar turşusu

01.09.2016 01:23     Maraqlı     1900

Tərkibi: 

0,5 kq xırda xiyar 
0,5 x.q. duz
şüyüd 
2-3 diş sarımsaq 

Xiyarları yuyun. Hər iki başını kəsin. 

Şüyüdü və sarımsağı xırda doğrayın. 

Hamısını paketə yığın, duz əlavə edin. Yaxşıca qarışdırıb soyuducuya qoyun. Arada çıxarıb paketi silkələyərək qarışdırın. 6-8 saat sonra turşu hazırdır. 

Bu turşunu xırda porsiyalarla hazırlamaq lazımdır ki, qalıb xarab olmasın. 

Nuş olsun!

Şərhlər

Çox oxunanlar