Soyuq sitrus çayı

03.09.2016 01:50     Maraqlı     1662

Tərkibi (6-8 pay): 

4-6 x.q. quru qara çay
275 ml təzə sıxılmış soyuq portağal şirəsi
0,5 laymın şirəsi
12 budaq təzə nanə
0,5 portağal
0,5 limon
2 x.q. şəkər pudrası
buz

1,2 litr su ilə çay dəmləyin.

2 x.q. şəkər pudrası ilə 6 nanə budağı əlavə edin. 15-20 dəqiqə saxladıqdan sonra süzün, tam soyudun. 

Soyumuş çayı buz parçaları ilə doldurulmuş şüşə qrafinə tökün, portağal və laym şirəsi, 6 nanə budağı əlavə edin. 

Portağalla limonu dilimləyib əlavə edin, qarışdırın. 

Nuş olsun! 

Şərhlər

Çox oxunanlar