Küncütlə göbələk kababı
12.09.2016 01:25 Maraqlı 1740
Tərkibi:
400 q şampinyon
1 x.q. küncüt
1 x.q. soya sousu
2 x.q. zeytun yağı
1 x.q. limon şirəsi
1 x.q. balzamik sirkə
1/4 ç.q. üyüdülmüş qırmızı acı istiot
1/4 ç.q. duz
Göbələyi tərtəmiz yuyun. Sellofan torbaya qoyun.
Soya sousu, zeytun yağı, balzamik sirkə, limon şirəsi, duz, istiot və küncüt əlavə edin.
Paketi şişirin, ağzını bağlayın, sonra möhkəm silkələyin. Marinadı yaxşı hopdursun deyə 20 dəqiqə saxlayın.
Taxta şişlərə keçirib 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Şərhlər