Qozlu sousla qoyun qızartması - FOTO
13.09.2016 01:24 Maraqlı 1742
Tərkibi (2 pay):
400 q qoyun əti (mal əti də götürmək olar)
150 q pomidor
150 q soğan
sous:
100 q qoz
3 diş sarımsaq
30 ml bitki yağı
yarım limonun şirəsi
duz
istiot

Soğanı xırda doğrayın.

Pomidorları doğrayın.

Folqanın içinə soğanı düzün.

Üzərinə əti yerləşdirin.

Duz-istiot vurun.

Pomidorları ətin üzərinə düzün.

Folqanı bükün.

Formanın içinə qoyun.

180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.
Blenderin kasasına qoz, sarımsaq, yağ, limon şirəsi, duz-istiot tökün.

Xırdalayın.

Sousu ətin yanında süfrəyə verin.

Nuş olsun!
Bayramınız mübarək!






Şərhlər