Kəsmikli-şokoladlı muss
21.09.2016 00:36 Maraqlı 1665
300 q yağsız kəsmik
100 q yoqurt
2,5 x.q. kakao
15 q jelatin
şəkər tozu (yaxud şəkər əvəzedicisi) - zövqə görə
Yoqurt, kəsmik, şəkər və kakaonu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.
Jelatini soyuq suda 10-15 dəqiqə saxlayın. Sonra ocağın üstə qoyun. Qaynara düşəndə götürün (qaynatmaq olmaz). Şokoladlı kremə əlavə edib yaxşıca qarışdırın. Mikserlə bir neçə dəqiqə möhkəm çalın.
Kremankalara yığıb soyuducuda 2-3 saat saxlayın.
Zövqə görə qoz-fındıq da əlavə edə bilərsiniz.
Nuş olsun!
Şərhlər