Həkimlərin gizlətdiyi sirri sizə açırıq: Bu iki inqerideynt Zobu tam sağaldır!

21.09.2016 21:51     Maraqlı     1390

Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.
Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.
Beləliklə, bu qarışıq:
- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,
- qanı təmizləyir,
- qurdqovucu təsir edir,
- qara ciyəri və bağırsaqları təmizləyir,
- artıq çəkidən azad olmağa kömək edir,
- orqanizmi cavanlaşdırır,
- immun sistemini möhkəmləndirir,
- orqanizmə xərçəng əleyhinə təsir edir.

Qarışığın hazırlanması:
1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.
Qarışığın istifadəsi:
Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.//SaqlamHeyat.az

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar