Rus salatı
24.09.2016 01:20 Maraqlı 1812
Tərkibi (4 pay):
4 x.q. göy noxud
1 yerkökü
1 kartof
4 xırda xiyar turşusu (kornişon)
mayonez:
1 st. bitki yağı
1 limonun şirəsi
1 yumurtanın sarısı
1 x.q. un
1 armudu st. su
duz
Mayonez üçün: su və unu qarışdırıb iti odda qarışdıraraq bişirin. Ocaqdan götürüb soyudun. Duz və yumurta qatıb çalın. Az-az bitki yağı və limon şirəsini qataraq qatılaşanadək çalın.
Yerkökü və kartofu suda bişirin, kubik doğrayın. Xırda doğranmış xiyar turşusu, göy noxud və mayonezi qatıb qarışdırın. Boşqaba kahı yarpaqları düzüb salatı üzərinə qoyun. Salatı bişmiş yumurta və zeytunla bəzəyə bilərsiniz.
Nuş olsun!
Şərhlər