Fransa prezidenti Ərdoğana zəng etdi

21.07.2015 22:54     Maraqlı     1029

Olland Ərdoğanla telefon danışığında terrorla mübarizə məsələsində əməkdaşlığın əhəmiyyətinə toxunub

Fransa Prezidenti Fransua Olland Suruçdakı terror aktına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı telefonla arayaraq başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Olland  Ərdoğanla telefon danışığında terrorla mübarizə məsələsində əməkdaşlığın əhəmiyyətinə toxunub.

Prezident Ərdoğan da Suruçdakı terror aktının Türkiyənin sabitliyini hədəfə aldığına diqqəti çəkərək hücumu həyata keçirən təşkilatların mütləq ortaya çıxarılıb cəzalandırılacağını vurğulayıb.

İŞİD-lə mübarizədə müttəfiqlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini qeyd edən Ərdoğan xarici terrorçulara qarşı  Fransanı dəstəklədiyini bildirib.

Şərhlər