Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır?
28.09.2016 23:32 Maraqlı 1591
Oynaqlarım ağrıyır, yəqin ki, yağış yağacaq...
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox insanlarda havanın kəskin dəyişilməsi (yağış, soyuq, külək) zamanı əhval-ruhiyyənin pozulması, müxtəlif ağrılar və s. olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.
Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur. Bunun səbəblərini izah edək.
Bu xəstəliklər zamanı oynaq və sümüklərdən əlavə burada yerləşən sinir ucları zədələnir. Atmosfer təzyiqi dəyişildikdə oynaqların boşluqlarında olan təzyiq də dəyişilir. Bunun nəticəsində xəstə sinir ucları gıcıqlanır, ödemləşir və bu da oynaq və sümüklərdə ağılara və digər xoşagəlməz hisslərə səbəb olur.
Atmosfer təzyiqi normaya düşdükdə ağrılar da azalır və ya yox olur.
Əgər havanın dəyişilməsi zamanı siz oynaq və sümüklərdə ağrılar hiss edirsinizsə, mütləq revmatoloqa müraciət edin. Hətta bu ağrılar sizi yalnız havanın dəyişilməsi zamanı narahat edirsə, digər vaxtlarda isə siz özünüzü tam sağlam hiss edirsinizsə, müayinədən keçin. Artrit və artroz kimi ağır oynaq xəstəliklərinin ilk mərhələlərində xəstədə havaya olan reaksiya ilk və yeqanə simptom olur. Xəstəlik inkişaf etdikcə ağrılar hətta yaxşı havada meydana çıxmağa başlayır, getdikcə artır, güclənir.
Şərhlər