Bu "həyat eliksiri”ni hazırlamaq üçün 250 qram ilıq qaynadılmış suyun üzərinə limonun dörddə bir hissəsinin şirəsini əlavə etmək yetərlidir. SaqlamHeyat.az xarici mətbuata istinadən bildirir ki, bununla da sağlamlıq üçün bir çox faydaları olan limonlu su hazırdır. Nəzərə alınmalıdır ki, limon şirəsi soyuq suya deyil, məhz ilıq suya əlavə olunmalıdır və istifadə öncəsi hazırlanmalıdır.
Bəs ilk baxışdan çox adi görünən limonlu suyun qeyri-adiliyi nədədir, onun orqanizmə hansı faydaları var?
1. Limonlu su orqanizmin immun sistemini gücləndirir.
2. Beyinin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir.
3. Limonlu sudan istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür. Belə ki, limon şirəsinin tərkibində olan pektin aclıq hissinə qarşı effektli mübarizə aparmaq xüsusiyyətinə malikdir.
4. Bu maye həzm prosesini normallaşdırır.
5. Limonlu su sidikqovucu xassəyə malikdir. Elə bu səbəbdən də o orqanizmdə olan zərərli maddələrin xaric olunmasına köməlik edir.
6. Müntəzəm olaraq limonlu sudan istifadə edərkən üz dərisinin rəngi açılır, daha sağlam görkəm alır.
7. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün limonlu su olduqca xeyirlidir.
8. Limonlu suyun faydalarından biri də odur ki, o qaraciyərin təmizlənməsi üçün ən yaxşı vasitələrdən biridir.
9. Ürək damar xəstəliklərinin profilaktikası üçün limonlu su xeyirlidir.
10. Limonlu su təbii və güclü antioksidantdır.
11. Qanda şəkərin miqdarını tənzimliyir.
12. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq üçün ən yaxşı üsul hesab olunur.
13. Qocalmanı ləngidir və xərçəng hücüyrələrinin inkişafının qarşısını alır.
Limonlu suyun faydalarından bəhrələnmək üçün onu səhərlər acqarnına boş mədəyə içmək lazımdır və istifadə zamanı hazırlanmalıdır. Diqqətdə saxlamaq vacibdir ki, bir stəkan ilıq suya limonun yalnız dörddə bir hissəsinin şirəsi əlavə olunmalıdır. Onu içdikdən yarım saat sonra səhər yeməyinin yeyilməsi vacibdir. Limon suyu gün ərzində insanın əhvalına da müsbət təsir göstərir və bütün daxili orqanların fəaliyyətini normallaşdırır. Soyuq havalarda, qış fəslində hazırladığınız limonlu suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.
Şərhlər