Ağdamda yaşı 8000 il olan yaşayış evi tapıldı

22.07.2015 17:20     Maraqlı     1134

Qədim yaşayış məskəni İsmayılbəy təpəsində müəyyən edilib

 

Arxeoloqlar Ağdamda yaşı 8 min ilə yaxın abidə aşkarlayıblar.

Reaksiya.az xəbər verir ki, qədim yaşayış məskəni artıq dördüncü mövsümdür qazıntı işləri aparılan İsmayılbəy təpəsində müəyyən edilib.

Qarabağ arxeoloji ekspedisiyasının  rəhbəri Xaqani Alməmmədovun sözlərinə görə, qazıntılar zamanı üzə çıxan qalıqlar belə deməyə əsas verir ki, burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün yenilikdir.

 

Qazıntılar zamanı, hündürlüyü 3.40 metr, diametri 5.4 metr olan yaşayış evindən həm də 4 ədəd təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı üzə çıxıb.

 

X. Alməmmədov APA-ya müsahibəsində deyib ki, qazıntı işlərindən müxtəlif analizlər götürülüb və müəyyən edilib ki, abidə bizim eradan əvvəl 5700 il öncəki dövrü əhatə edir.

 

Arxeoloq onu da bildirib ki, İsmayılbəy təpəsində dörd mövsüm ərzində 400 kvadratmetrlik ərazidə qazıntı işləri aparılıb və buradan Qafqaz arxeologiyası üçün çox mühüm nümunələr aşkarlanıb.

Şərhlər