İngiltərədə 1370 illik Quran tapıldı - VİDEO
22.07.2015 17:42 Maraqlı 1433
Əlyazmaların qoyun və ya keçi dərisinə yazıldığı müəyyən edilib
Qurani-Kərimin ən qədim əlyazmaları İngiltərədəki Birminhem Universiteti tərəfindən ortaya çıxarılıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Edilən 14 karbon testindən sonra əlyazmaların ən azı 1370 illik olduğu aşkarlanıb.
BBC-nin xəbərinə görə, Qurana aid səhifələr təxminən bir əsrdir ki, universitetin kitabxanasında Yaxın Şərqə aid kitablar və sənədlər arasında fərq edilmədən qalıb.
“Britaniya kitabxanası”nın müqəddəs kitablar üzrə mütəxəssisi doktor Muhammad İsa Waley "Həyəcan verici tapıntıdır. Bu kəşf İslam dünyasını sevindirəcək” sözlərini deyib.
Əlyazmaların qoyun və ya keçi dərisinə yazıldığı müəyyən edilib.
Şərhlər