Yüksək təzyiqi şokoladla salın - Sağlamlıq

03.06.2015 15:22     Maraqlı     1697

Gündə 10 ilə 30 qram bitter şokolad yemək təzyiqin normallaşdırır. Mütəxəssislər qeyd edirlər ki, beyin, ürək, böyrək kimi həyati orqanlar üçün təhlükə mənbəəyi olan yüksək təzyiqi aşağı salınmasında duzlu qidalardan uzaq durulması, zəifləməsi kimi həyat tərzi dəyişikliklərinin yanında bitter şokoladın önəmli olduğunu bildirirlər.

Xüsusilə son illərdə yemək vərdişlərinin dəyişməsi, daha hərəkətsiz bir həyat tərzi yüksək təzyiqə şərait yaradır. Artıq heç kəsə sirr deyil ki, son illər yüksək təzyiq ciddi ictimai bir problemə çevrilib. Mütəxəssislər bu bəladan xilas olmaq üçün zehin və bədən hərəkətləri, danışıq müalicəsi, stressdən uzaq dayanmaqla yanaşı, gündə 10 ilə 30 qram  arasında şokolad yeməyi məsləhət görürlər

Şərhlər