14 noyabrda əsrin astronomik hadisəsi yaşanacaq

05.11.2016 12:04     Maraqlı     1481

NASA 14 noyabr tarixində baş verəcək “Super Ay yaxınlaşması”nı XXI əsrin astronomik hadisəsi adlandırıb.

Reaksiya az Moderator.az-a istinadən xəbər verir ki, həmin gecə XXI əsr ərzində Ayın Yer kürəsinə ən yaxın olduğu tarix olacaq.

Mütəxəssislərin sözlərinə görə, Ay ağacların arasında, sıx meşəliklərdə, hündür binaların həyətlərində, bitişik evlərin arakəsmələrində çox böyük və qəribə görünəcək.

Ay növbəti dəfə 25 noyabr 2034 tarixində Yerə çox yaxınlaşacaq. Lakin bu da 2016-cı il 14 noyabr tarixindəki rekord yaxınlaşmanı ötə bilməyəcək.

Şərhlər