Rusiyanın nüfuzlu saytında Azərbaycandan reportaj
15.11.2016 14:20 Maraqlı 2139
Rusiyanın nüfuzlu "Lenta.ru" saytı Azərbaycanla bağlı fotoreportaj hazırlayıb.
Trend-in məlumatına görə, reportajda Azərbaycanın turizm potensialının yüksək olduğu qeyd edilir. Ölkənin əsrarəngiz təbiətə, dağ kurortuna, zəngin tarixi irsə, mədəniyyətə malik olduğu bildirilir.
Fotolar: Tatyana Yakovleva
Azərbaycanın ilk dağ-xizək kurortu - Şahdağ Qış-Yay Turizm Kompleksi
Azərbaycanda hara getsəniz, yol boyu bal, lavaşana, müalicəvi otlar və meyvə şirələrinin satıldığı mini-bazarlarla qarşılaşacaqsınız
Dağ yolunda sürü ilə qarşılaşıb tıxacda qalsanız, heç də təəccüblənməyin. Heyvanların keçib getməyini gözləmək lazımdır
Səyahət zamanı turistləri Qafqaz dağlarının mənzərəsi müşayiət edir...
Abşeron yarımadası təkcə neft və qaz yataqları deyil, palçıq vulkanları ilə də məşhurdur
Xaçmaz şəhəri...
Ölkənin turizm mərkəzlərindən biri - Şəki. Azərbaycan lətifələrinin 90 faizi burada yaranıb.
Şəki Xan Sarayı
Şəki həm də sənətkarlıq mərkəzidir
Çayxanaları dominosuz təsəvvür etmək olmaz
Məşhur Şəki paxlavası
Kiş məbədi
Şamaxı. Ən qədim müsəlman abidələrindən biri - Cümə məscidi (744-cü il) burada yerləşir
"Yeddi günbəz"
Qədim yaşayış məskəni Lahıc misgərlik sənəti ilə məşhurdur
Burada müxtəlif müalicəvi dağ otlarının rayihəsi bir-birinə qarışıb. Kəklikotunun isə 28 növü təklif edilir...
Təndirin ətri tox adamı da iştahaya gətirir
Paytaxt Bakı...
İçərişəhər
Və nəhayət, "Brilyant əl" filmində Yuri Nikulinin yıxıldığı məşhur yer
Bakı həm də müasir şəhərdir
Şərhlər