Amerikanın ilk sakinləri sibirlilər imiş
23.07.2015 15:05 Maraqlı 2858
Alimlər Amerika qitəsinin ilk sakinlərinin bura 23 min il əvvəl son buz dövrü zamanında Sibirdən gəldiyini ortaya çıxarıb.
Amerikanın “Science” jurnalının iddiasına görə, Kaliforniya və Kopenhagen universitetlərindən bir qrup alim qızıldərililərin və Sibir ilə Sakit okean adaları sakinlərinin genetik şifrələrini(genefondlarını) və eyni zamanda 6 min il əvvəl yaşamış insanların genetik qalıqlarını araşdırıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, amerikalıların əcdadları sibirlilər imiş.
Qızıdərililər köçmək məcburiyyətində qalıblar
Araşdırmada əldə edilən nəticələrə görə, sibirlilər ilk əvvəl Alyaskaya, 5 min il sonra da Şimali və Cənubi Amerikaya yerləşiblər. Digər tərəfdən bu köç dövründə qızıldərililərin isə Şimali Amerikaya getmək üçün Asiyanı Amerikaya birləşdirən Bering boğazından keçdiyi ifadə edilib.
Hələ də cavabını tapmayan suallar var
Araşdırmada iştirak edən Kaliforniya Universitetindən professor Yuen Sogn bildirib ki, köç dövründəki və Amerikanın ilk sakinləri arasında fərqliliklərin nə zaman başladığına dair bütün suallara hələ ki, cavab tapa bilməmişik: “Ancaq genetik və arxeoloji məlumatları araşdırdıqca, bu sualları daha dəqiq bir şəkildə cavablandıracağıq".
Şərhlər