İlanlar xərçəng xəstəliyini müalicə edir
13.12.2016 13:00 Maraqlı 1683
Bu kobranın zəhərindən xərçəng dərmanı hazırlanır
Rusiya və Hindistandan olan alimlər orqanizmdəki xərçəng hüceyrələrini məhv edən preparat hazırlayırlar. Onun üzərində Milli Tədqiqat Texnologiya Universitetinin elmi əməkdaşları, Tezpura Universitetindən olan hind kolleqaları ilə birlikdə işləyirlər.
Sputnik xarici mətbuata istinadən xəbər verir ki, alfa-neyrotoksin preparatının əsasını Tailand kobrasından alınmış zəhər təşkil edir. Mütəxəssislər zəhəri selenid kadmium (Cadmium selenide) nanohissəciklərinin yarımkeçiriciləri ilə birləşdiriblər. Orqanizmə yeridərkən, bu preparat xərçəng hüceyrələrini tapır və şişlərin sərhədlərini əhatəyə alır. Xəstəliyin yayılma mərhələsini təyin etmək üçün yayılma zonasını ultrabənövşəyi şüalarla məhv etmək lazımdır. Mütəxəssislər bildirirlər ki, sözügedən preparat onkoloji xəstəliklərin ilkin diaqnostikasında olduqca vacibdir. Məlumdir ki, şiş nə qədər tez təyin olunsa, pasientin xilas olmaq şansı da bir o qədər yüksəkdir. Ekspertlər artıq preparatın kliniki tətbiqə qədər olan variantını hazırlayırlar. Onlar ümid edirlər ki, nəticələr müsbət olacaq. Həkimlər tezliklə bu dərmanın köməyi ilə xərçəngi, onun ən ilkin mərhələsində müəyyən edəcəklər. Qeyd edək ki, Şərqi və Cənub-şərqi Asiyada çoxdan şişlərin ilan zəhərinin köməyi ilə ənənəvi müalicəsi mövcuddur. Hindistan, Tailand, Birma, Banqladeş kimi ölkələrdə üzdə görünən xoşagəlməz şişləri ilan zəhərindən alınmış məlhəmlərlə, yaxud da xəstəni ilanın sancmasını təşkil etməklə sağaltmaq ənənəsi var. Sən demə, ilan zəhəri yayılmış şişlərin sərhədlərini asanlıqla müəyyənləşdirir. Sonra isə şişin yayıldığı həmin ərazi müəyyən vasitələrin köməyi ilə yandırılır.
Şərhlər