Özünu isidərək xərçəngi məğlub edən həkim

24.07.2015 17:51     Maraqlı     4204

Alman həkim Robert Gorter 1976-cı ildə tibb fakültəsini yenicə bitirdiyi günlərdə xərçəngə yaxalandı. Özünə 4mərhələ testiküler xərçəng diaqnozu qoydu. Müəllimlərinin dediyinə görə üç aylıq ömrü vardı. Amma o buna inanmadı. Kimyaterapiya  və radioloji terapiya kimi ənənəvi müalicə üsullarına də inanmırdı. Bir həkim olaraq istinin immunitet sistemini gücləndirən bir təsiri olduğunu bilirdi. Çünki o səbəbdən xəstələnəndə qızrıdmamız  yüksəlmirdimi? Qərarını verdi. Qızdırmanı bilərəkdən yüksəldərək və immunitet sistemini qamçılayan kimi bilinən yapışqan otu ekstre-sini öz qanına şprislə yeridərək  bir müalicə forması tətbiq edəcəkdi. Ümidsizlik nədir bilməməsi və müsbət düşünmə metodlarının də köməyi ilə xərçəng xəstəliyi bir ildən az bir müddətdə məğlub oldu. Sonra həyatını bu texnikanı bütün xərçəng xəstələrinə tətbiq etməyə həsr elədi. Təxminən 30 ildir ki, banisi olduğu Köln Tibb Mərkəzində qızdırma, yəni hiperterm-i müalicəsi, ən ağır xərçəng hallarının sağalmasına nail olan Doktor Gorter ilə müalicə üsulunun təfərrüatlarını danışdıq.

DİRİER MƏHSULU

Tapdığınız bu müalicə üsulu hansı məntiqə  əsaslanır?

Tibdə onu bilirik ki, bədən qızmağa başladıqda immunitet müdafiə ordusunu bütün aktiv hala keçirir. Yüngül bir qızdırma  belə orqanizmdə aktiv bir şəkildə dolaşan immunitet hüceyrəsi sayını iki dəfəyə çıxarır.  Lakin biz tam əksinə olaraq qızdırmanı pis əlamət bilirik və həmişə xəstələndikdə qızrıdmamızı salmağa çalışırıq. Həqiqət isə tam əksidir. Yeni doğulan bir uşaq həyatının ilk ilində orta hesabla yeddi virus infeksion keçirir və uşaqlığı ərzində də qızdırmaya səbəb olan digər xəstəliklərə tutur. Bu istilik mərhələləri  onu gələcəkdə qarşılaşacağı xərçəng kimi xəstəliklərdən qoruyacaq olan immunitet sisteminin inkişafını başlayır.

 Elə isə xərçəng xəstələrinin sağlam insanlara nisbətən bir qızdırmama problemi olur adətən?

 Xərçəngə yaxalanan xəstələrin qızdırmalarının olmadığını görürük. Son bir neçə ildir ki, tez-tez üşüdüyünü, əl və ayaqları buz olduğunu söyləyirlər.

 Xərçəng xəstələrində diaqnozdan əvvəl başqa hansı əlamətlər biruzə verir?

 Xərçəng xəstələri ümumiyyətlə heç xəstələnmədiklərini dilə gətirirlər. Bu xəstələrin daxili temperaturları sağlam insanlarınkından orta hesabla 0.5 dərəcə aşağıdır. Xəstələr az sürən boğaz ağrıları çəkdiklərini, soyuqdəymə yaşadıqlarını, ancaq bu zaman heç vaxt qızdırmanın müşayiət olunmadığını söyləyirlər. Həmçinin qızrdımaları olduqda da dərhal aspirin, tylenol və ya antibiotik istifadə edirlər. Bu dərmanlar da hərarəti salaraq, istilik sisteminin daimi olaraq pozulmasına yol açır.

 Normal hərarətimiz  neçə olmalıdır və xərçəng xəstələrində bu necədir?

 Bütün xərçəng xəstələrində daxili hərarət 36.4 dərəcədir ki, bu sağlam insanlarınkından  0.5 dərəcə aşağıdır.

  38.8 DƏRƏCƏNİN SİRRİ

Bəs mərkəzinizdə necə bir müalicə tətbiq edirsiniz?

Bədən hərarəti 38.5 dərəcəyə çatanda  immunitet sistemi həyəcan vəziyyətinə keçir. Bu temperaturda, qandakı immunitet kimyəvi maddələri altı saatda iki dəfəyə çıxar. Xərçəng xəstələrində immunitet sistemini yenidən hərəkətə keçirmək üçün  bütün bədən hipertermisi həyata keçiririk. Yəni bütün bədəni 39 hətta bəzi hallarda 40 dərəcəyə qədər qızdırırıq. Xərçəng xəstəlikli bölgəyə lokal isti tətbiqi də həyata keçiririk ki, bu da 42 dərəcəlik istilik ilə aparılır. Bu halda xərçəng hüceyrələri öldüyü kimi ətraflarındakı sağlam hüceyrələr heç bir zərər görməzlər. Qızdırmanı infrared lampalarla edirik. Bu günə qədər aparılan araşdırmalar xərçəng hüceyrələrinin 38.8 dərəcədə ölməyə başladıqlarını və 42 dərəcədə az qala bütün xərçəng hüceyrələrinin məhv edildiyini göstərmişdir.

 Gəncliyinizdə siz necə isitmişdiniz bədəninizi?

 Mən həftədə iki gün 42 dərəcəlik isti suyun olduğu bir vannaya girirdim. "Yalnız hərarət yaradaraq bütün xəstəlikləri müalicə edə bilirdim" demiş Yunan həkim Parmenides eradan əvvəl 500-cü illərdə hərarət və istilik terapiyası antik dövrlərdən bəri məlumdur. Romalıların isti sulfid vannaları, Fin hamamları, Avropa və Amerikanın SPA tətbiq etmələri, Yapon cakuzisi, Qırmızıdərili tərləmə çadırları və dünya miqyasında müalicə məqsədli istifadə edilən isti su mənbələri bunun bir göstəricisidir. İstilikdən əlavə qanıma yapışqan otu ekstratını şprislə yeridirdim. Bu bitki immunitet sistemini gücləndirən çox əhəmiyyətli bir bitkidir. Günümüzdə də Almaniya, İsveçrə, Avstriya və Mərkəzi Avropadakı xərçəng xəstələrinin təxminən yüzdə 70-i yapışqan otunu istifadə edir.

ƏKS TƏSİRİ YOXDUR

Bəs kimyaterapiya,  ya da radioloji terapi haqqında nə düşünürsünüz?

Bəlkə də fərqində deyilik, amma hamımızın qanında daim xərçəng hüceyrələri gəzir və immunitet sistemimiz davamlı olaraq onları tutub öldürür. Kmyaterapiya  və radioloji terapi isə immunitet sistemini gücsüz qoyur və xəstəni  bitkinleştirip daha da xəstə edir. Mənim üsulum əks təsirsiz bir müalicə üsuludur və digər müalicə üsulları ilə bir arada istifadə edilə bilər.

 Bir də peyvənd üsulu istifadə edirsiniz xəstəxananızda, o nədir?

 Bəli, xəstənin qanından immunitet sistemini hərəkətə gətirmə xüsusiyyəti olan dendritik hüceyrələri alıb çoxaldaraq geri yeridirik.

Qızdırma xərçəngi necə yeyir, bir az da məntiqini izah edin?

Xərçəng hüceyrəsinin immunitet sistemindən gizlənmək, yəni özünü pərdələmək, bu səbəbdən də yaxalanmaqdan xilas olmaq kimi bir bacarığı da var. Bütün bədən istilik terapiyası və lokal hiperterm-i bu pərdələmə mexanizminə mane olur. Qızdırmada  hər bir dərəcəlik artım, laktik turşu istehsalını xərçəng hüceyrəsinin boğulmasına yetəcək qədər artırır. Xərçəng hüceyrələri bütün enerjilərini ortaya qoyaraq özlərini gözləyən ölümlə vuruşmağı yoxlayacaqlar. Bu səbəbdən də qaçıb xilas olma mexanizmini endirəcəklər. Xərçəng hüceyrələri qaçış mexanizmlərini endirəndə, çılpaq xərçəng hüceyrələrini artıq çox daha asan görünən dendritik hüceyrələr tərəfindən rahat müəyyənləşdirirlər və immunitet sistemi agentləri öldürülürlər.

 YUXU REJİMİNƏ DİQQƏT

 Xərçəngin sizcə ən əhəmiyyətli səbəbi nədir?

 Bir çox səbəb bir araya gəlir, ancaq məncə bədən ritmi çox əhəmiyyətlidir. Xərçəng xəstələri son bir neçə ildir ki, müntəzəm yuxu yata bilmədiyini söyləyirlər. Tibb bacısı və ya fabrik işçisi kimi növbəli çalışanlar, ya da tez-tez uzun məsafə uçub saat fərqini yaşayanlar, və ya nizamsız yuxu vərdişlərinə sahib olanların xərçəng nisbətləri daha yüksəkdir. Məsələn, qadın hava yolu çalışanlarında əhalinin geri qalanına nisbətən iki dəfə artıq döş xərçəngi hadisəsinə rast gəlinir. Əlbəttə, bu, şimal-cənub uçuşlarında deyil, saat fərqinin yaşandığı şərq-qərb uçuşlarında keçərlidir.

Şərhlər