Rusiyadakı sönmüş vulkanda yeni bir almaz növü aşkarlanıb
25.07.2015 11:00 Maraqlı 2506
Rusiya Elmi Tədqiqatlar Nazirliyinin açıqlamasına görə, geoloqlar Rusiyanın şərqindəki Kamçatka yarımadasındakı Tolbaçik vulkanından tayı - bərabəri olmayan almazlar tapıb.
Yeni növ almazların maqmanın əriməsi zamanı yox, vulkanik qazların təzyiqi altında və ildırımların təsiri ilə meydana gələn kristallaşma şoku meydana gəldiyi ifadə edilir. Nazirlikdən verilən şərhdə qeyd olunub ki, Tolbaçik volkanındaki sönmüş lavlardan, daha əvvəl heç yerdə rastlanmayan almazlar müəyyən edilib Bu almazlara "Tolbaçik almazları" adı verilib. Rusiyalı geoloqların fikrincə, bu almazlar maqmatik süxurlardan yox, ildırımlardan çıxan elektriklərdən meydana gələn kristallaşma şoku və sıxışma təsiriylə meydana gəliblər.
Rusiya Elmi Tədqiqatlar Nazirliyi götürülən nümunələrdə yüzlərlə almazın olduğunu bildirib. Tolbaçikdəi almaz potansialının Hindistanın Daçi bölgəsindəki (bir kiloluq maqma nümunəsində 77 almaz) və Kanadadakı maqmatik qayadaki (28 kiloqramlıq nümunədə 1500 almaz) almazlarla müqayisə etməyin mümkünlüyünü vurğulayıb.
Şərhlər