Sağlamlığınız üçün bu qidadan istifadə edin
02.01.2017 21:10 Maraqlı 1602
Sümük sağlamlığını qoruyur - güclü və sağlam sümüklər üçün orqanizmin kalsiuma ehtiyacı var. Limon qabığına C vitamini ilə yanaşı kalsimum da daxildir. Limon qabığı osteoartroz, iltihablı poliartrit, sümük qırıqları, osteoparoz, revmatoid artritin qarşısını almağa kömək edir. İmmunitet gücləndirir, həzm sistemini yaxşılaşdırır - limon qabığına orqanizmi infeksiyalara qarşı qorumaqda təsirli rol oynayan C vitamini və digər komponentləri daxildir. Bundan başqa, limon qabığı boğaz ağrısı, qrip və soyuqdəyməyə oxşar infeksiyaları müalicə edir, eləcə də həzmi yaxşılaşdırır. Ağız sağlamlığı üçün faydalıdır - C vitamini çatışmazlığı bir çox insanda gingivit, diş əti qanaxmaları və sinqa kimi diş və diş əti probleminə səbəb olur. Limon qabığı zəngin tərkibi sayəsində bu problemlərin qarşısını alır. Dərini cavanlaşdırır - limon qabığındakı turşu və C vitamini qan damarlarını təmizləyir, dəri hüceyrələrindən yad maddələrin uzaqlaşmasını təmin edir və sağlam cildə sahib olmağınızı təmin edir.
Şərhlər