Öcalanın sağ əli Murat Karayılan öldü - İddia

25.07.2015 11:23     Maraqlı     2698

Türk Hava Qüvvələrinə aid olan F-16 qırıcı təyyarələri dörd ildən sonra Şimali İraqdakı PKK düşərgələrini bombalayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Bombalama zamanı hələ təsdiq edilməmiş məlumata görə PKK-nın Qəndildəki rəhbərlərindən biri, İmralı adasında ömürlük həbs cəzası çəkən Abdulla Öcalanın sağ əli hesab edilən Murat Karayılanın da öldüyü iddia edilib.

Diyarbəkirdən  havaya qalxan 9 F-16 döyüş təyyarəsi yerli vaxtla saat 22.55 radələrində Çukurcadan sərhədi keçərək İraq hava sahəsinə girib və Şimali İraqda yerləşən PKK-ya məxsus hədəfləri bombalayıb.

5 regionda bombalanan hədəflər arasında təşkilata aid təhsil müəssisələri, sığınacaqlar və zenit batareyalarının olduğu öyrənilib.

Diyarbəkirə geri qayıdan döyüş təyyarələri ikinci dəfə havaya qalxıb.

Qeyd edək ki, Murat Karayılan 1979-cu ildə PKK-ya qoşulub. "Camal" kod adını istifadə edib. Türklərə qarşı döyüşə Şanlıurfada başlayıb və sonra Suriyaya qaçıb. 1999-cu ildə Abdulla Öcalanın yaxalanmasından sonra PKK-nın başına geçib. Təşkilatı Şimali İraqda Qəndil dağındakı bazadan idarə edib. 14 oktyabr 1999-cu ildə ABŞ Karayılanın bir narkotik qaçaqmalçısı olduğunu elan edərək ABŞ vətəndaşlarının onlarla maliyyə və işgüzar əlaqələr qurmasını yasaklayıb. 

Şərhlər