Uşaqlara günəşdən qoruyucu kremlərdən istifadə etməyin

25.07.2015 12:40     Maraqlı     3192

 
Uşaq Allergiyası Mütəxəssisi, Professor Doktor Adelina Smith  allergik əks təsirləri ola biləcəyi səbəbilə 6 aydan kiçik uşaqlara günəş qoruyucu krem məsləhət görmədiklərini söyləyib.
Hədsiz istilərin yaşandığı yay aylarında valideynlərə  6 aydan kiçik uşaqlarına günəşdən  qoruyucu krem sürtməməsi xəbərdarlıq edilib.  Dr. Seym Corci Qadın və Uşaq Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanası Uşaq Allergiyası Mütəxəssisi, Professor Doktor Adelina Smith  xüsusən də isti ölkələrdə iyul və avqust aylarında dərinin günəşin zərərli təsirləri ilə qarşı-qarşıya qaldığını söyləyib.  Smith dərinin təkcə daxili orqanları qorumadığını, eyni zamanda D vitamini sintezi apardığını bildirib. Xüsusilə 6 aydan kiçik uşaqlara qətiyyən günəş qoruyucu krem məsləhət görmədiklərini  dilə gətirən Smith bunları deyib: "Çünki günəş qoruyucularının özlərinin də allergik əlavə təsirləri ola bilər. Bu təsirlər körpələr üzərində dəqiq araşdırılmır. Buna görə də qətiyyən tövsiyə etmirəm". 
Daha çox 1 yaşından sonra günəşdən qoruyucu krem istifadə edilməsini ifadə edən Bostançı, bu günəş qoruyucularının məzmununda isə ultrabənövşəyi A və B təsirlərinin mütləq olması gərəkdiyini bildirdi.  Uşaqlar üçün 30 faktorlu günəş qoruyucularının uyğun olduğunu bildirən həkim bu məqamları xüsusi ilə qeyd edib: " 30 ilə 50 faktorlu kremlər arasında qiymət fərqi çoxdur,  amma qoruyuculuq ilə qiymət paralel deyil. O üzdən ən az 30 amil tərkibli kremlər qorumaq  üçün kifayətdir. Bu kremlər gündə ən az 3-4 dəfə, uşağın ehtiyacına görə, dənizə girib çıxdıqdan sonra təkrar təkrar istifadə edilməlidir. Həmçinin uşaqlar 10.00 ilə 15.00 saatları arasında günəşə qətiyyən çıxmamalıdır. Həssas uşaq cildləri üçün əsas qoruma vasitəsi budur. 
Professor Doktor Smith həsir şlyapa və çətir kimi qoruyucuların da uşaqların sağlamlığında əhəmiyyətli olduğunu vurğulayıb.

Şərhlər