“Diş bərpası dərmanı” doldurmanı əvəz edə bilər
13.01.2017 13:41 Maraqlı 1855
Dişlərin özünübərpasında istifadə olunacaq üsul, doldurmların sonunu gətirə bilər, alimlər bildirirlər.
London King's Kolleci komandası, siçan dişlərindəki xırda deşiklərin sağalması üçün, diş qatındakı hüceyrələri kimyəvi maddə ilə hərəkətə gətiriblər.
Bioloji cəhətdən parçalanan süngər, dərmana batırılır və boşluğa yerləşdirilir.
Science Reports-da dərc olunan araşdırmada bu, "tam və effektli təbii bərpa" kimi qiymətləndirilib.
Dişlərin bərpa qabiliyyəti məhduddur. Onlar nazik dentin - diş minasından altdakı qat - qatı yarada bilir. Bu isə daxili diş qatı parçalandığı halda mümkündür, lakin, böyük diş boşluğunu müalicə edə bilmir.
Adətən diş həkimləri yeyilmə və kariyesləri, metal amalgam və ya toz şüşə və keramik kompozitindən ibarət doldurma ilə müalicə edirlər.
Bir nəfərin həyatı boyu bu, bir neçə dəfə dəyişilməli olur. Buna görə də tədqiqatçılar, dişlərin təbii özünübərpasını artıraraq böyük deşiklərin müalicəsi yollarını axtarırlar.
Onlar Tideglusib adlı dərman aşkar ediblər ki, bu, ağız boşluğunda diş kökü hüceyrələrini yüksəldərək, siçanların dişlərində 0.13 mm deşikləri bərpa etmək gücündədir.
Dərmana batırılmış süngər deşiyə yerləşdirilir və üzərindən qoruyucu qat çəkilir.
Süngər parçalandıqca dentinlə əvəzlənir və diş bərpa olunur.
Yeni müalicə
Tədqiqatçılardan biri professor Paul Sharpe BBC News səhifəsinə deyib: "Süngər bioloji cəhətdən parçalanır və ən vacib məqam budur."
"Süngərlə dolan boşluğun, dentin yarandıqca minerallarla dolmasına görə, gələcəkdə deşiyin yenidən yaranması qeyri-mümkündür."
King's-dəki komanda, yanaşmanın geniş deşikləri müalicə etmək qabiliyyətini axtarırlar.
Professor Sharpe bildirib ki, yeni müalicə yaxınlarda istifadəyə təqdim olunacaq. "Düşünmürəm ki, uzun müddət lazım olacaq. Bu, bərpaedici təbabətin ucuz başa gəlinən tərkibi olduğu üçün, üç-beş il müddətinə bazara çıxarılacaq."
Bərpaedici təbabət sahəsi - hüceyrələrin müalicə üçün sürətlə parçalanmasını təmin edir - tez-tez xərçəng şübhəsi yaradır.
Tideglusib hüceyrələrdə, Wnt adlı bir sıra kimyəvi siqnallar yaradır ki, bu da bəzi şişlərin yaranmasına səbəb olur.
Lakin, dərmandan artıq, əqli qabiliyyətini tədricən itirən demans xəstələrinin müalicəsində istifadə olunub.
"Təhlükəsizlik işləri aparılıb və daha yüksək göstəricilər bizim qalib tərəf olduğumuzu göstərir," professor Sharpe deyib.
Bu üsul, diş müalicəsində ən son yanaşmadır - King's-dəki başqa bir qrup isə, elektriklə mineralları mina qatına yeritməklə dişlərin güclənəcəyinə inanır.
Kalsium və fosfat kimi minerallar, təbii şəkildə dişlərə turşu vasitəsilə daxil olur və çıxır. Bu, qida çeynənilməsi zamanı bakteriyadan əmələ gəlir.
Qrup, mineral kokteyli tətbiq edir və sonra kiçik elektrik cərəyanından istifadə edərək mineralları dişin dərinliyinə yeridir.
Onlar, "Elektriklə Hərəkətə Gələn və Yenidən Minerallaşdırılma ilə Dolu" bu vasitənin, dişləri gücləndirəcəyi və kariyesləri azaldacağını deyirlər.
Şərhlər