Obama Keniyada nənəsi ilə yemək yedi - FOTOLAR

25.07.2015 12:47     Maraqlı     2172

ABŞ Prezidenti Barak Obama atasının vətəni olan Keniyada nənəsi və ailəsinin digər üzvlərilə görüşüb və birlikdə yemək yeyib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, görüş Nayrobi şəhərində prezidentin qaldığı oteldə baş tutub. Obamanın nənəsi, ögey bacısı Auma Obama və 10-a yaxın digər qohumu onu ziyarət etmək üçün bu otelə gəliblər.

Qeyd edək ki, Keniya paytaxtının aeroportunda onu ölkə Prezidenti Uhuru Keniata qarşılayıb.

Obamanın gəlişilə ilə bağlı Keniyada güclü təhlükəsizlik tədbirləri həyata keçirilib. 

Şərhlər

Çox oxunanlar