Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullar
02.02.2017 20:21 Maraqlı 2399
Damarları təmizləyib xolesterini aşağı salan təbii üsullar Xolesterin insan orqanizmi və bir çox hormonların sintezi üçün həyati vacib olan maddədir. Bu səbəbdən xolesterini "ziyanlı" maddə saymaq doğru olmazdı. Lakin qanda xolesterinin səviyyəsi normadan artıq olduqda, bu, çox təhlükəli sayılır. Məsələ burasındadır ki, artıq xolesterin damarlarda yığılır, damarları daraldır, onların elastikliyini azaldır, damarlarda iltihabın inkişafına səbəb olur. Bu isə çox təhlükəli vəziyyətdir. Damar tam bağlana, bu damarda qanın axması dayana və zədələnmiş damar yırtıla bilər. Bunlar isə insult və infarkt kimi ağır fəsadların, hətta ölümün səbəbi olar. Xolesterin səviyyəsini normaya salan qidaların siyahısı təqdim edirik: Alma Klimaksdan sonra qadınlar arasında aparılan tədqiqatda məlum olub ki, hər gün alma qurusu yeyənlərdə pis xolesterin səviyyəsi 23 faiz azalıb, yaxşı xolesterin isə 4 faiz artıb. Başqa bir tədqiqatda isə hər gün bir alma yeyən insanların ürək xəstəliklərindən çox nadir hallarda əziyyət çəkdiyi ortaya çıxıb. Alma həm də infarkt və iflic riskini azaldır. Paxla Gündə yalnız yarım stəkan paxla, barbunya, noxud və ya çin viqnası yeyərək xolesterini nəzarət altında saxlamaq olar. Qatıq Araşdırmalara görə, probiyotik ehtiva edən qatıqlar sadəcə xolesterini balanslaşdırmaqla qalmır, eyni zamanda qanda şəkərin miqdarını tənzimləyir, homosistein səviyyəsini nəzarətdə saxlayır. Beləcə, ürəyi qoruyur. Sarımsaq Sarımsaq yüksək təzyiqi aşağı salır, damar əhənglənməsinin qarşısını alır və xolesterini azaldır. Keşniş Keşniş bədəni ürək xəstəliklərindən qoruyur. Arteriyalarda yağ yığılmasının qarşısını alır. Dolayısı ilə pis xolesterini əhəmiyyətli dərəcədə azaldır. Qırmızı yonca Qırmızı yonca ürək xəstəliklərinin müalicəsində və qarşısının alınmasında olduqca faydalı və təbii dərman bitkisidir. Aparılan araşdırmalara görə, qırmızı yonca pis xolesterini azaldaraq arteriyaların elastikliyini artırır. Quru qırmızı yonca çiçəklərini dəmləyib çay kimi için. Zəncəfil Başqa bir araşdırmaya görə, zəncəfil də xolesterini aşağı salan təsirli bitkidir. Gündə 1 stəkan təzə zəncəfili çayı xolesterini effektiv şəkildə aşağı salır. Yaxud da yeməklərə bir qaşıq zəncəfil tozu əlavə edə bilərsiniz.
Şərhlər