Qan damarlarının ziyanlı maddələrdən təmizlənməsi

20.02.2017 17:03     Maraqlı     1837

Sağlam insanın damarları təmiz və elastikdir. Belə sağlam damarlar vasitəsilə insanın bütün orqan və sistemləri lazım olan miqdarlarda oksigen və qidalı maddələr alır.

Lakin müxtəlif səbəblərə görə insanın damarlarında şlaklar, artıq xolesterin yığıla bilər ki, bunun nəticəsində damarlar daralır, öz elastikliyini itirir. Bu pozulma "ateroskleroz" adlandırılır. Ateroskleroz müxtəlif orqanların qanla təchizatını pozur ki, bunun nəticəsində müxtəlif orqan və sistemlər onların normal fəaliyyəti üçün lazım olan oksigen və qida almır və onlarda müxtəlif pozulmalar inkişaf edir. Ən ağır belə pozulmaların arasında infarkt və insult kimi pozulmaları qeyd etmək olar.

Damarları daim sağlam saxlamaq istəyirsinizsə, düzgün və xeyirli qidalanın, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun, daim bədən tərbiyyəsi və idmanla məşğul olun.

Bəzi xalq təbabəti vasitələri damarların vəziyyətinin yaxşılaşmasına, damarların təmizlənməsinə kömək edir. Bu vasitələrin arasında:

1. Sarımsaq və limon. Sarımsaq çox güclü antisklerotik təsirinə malikdir, limonda olan C vitamini damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir.

4 təmizlənmiş baş sarımsaq və 4 limon (qabığı ilə) blenderdə əzin. Alınmış kütləni yaxşı qarışdırın və 3 l-lik bankaya qoyub üzərinə banka dolana kimi ilıq su əlavə edin. Bankanı ev temperaturunda 3 gün ərzində saxlayın (tez-tez qarışdırın). Daha sonra dərmanı yaxşı süzün və soyuducuda saxlayın. Dərmanı gündə 3 dəfə 100 ml olmaqla için. Müalicə kursu - 1 ay. Dərman qurtarana yaxın təzə porsiya hazırlayın.

2. Qıtığotu kökü ("xren") çox təsirli antisklerotik vasitədir. 100 qr qıtığotu kokü sürtgəcin xırda gözündən keçirilir, üzərinə 1/2 l qaynar su əlavə olunur, 10 dəqiqə ərzində vam odda qaynadılır, soyuduqdan sonra yaxşı süzülür, 1 limonun şirəsi əlavə olunur və gün ərzində xırda qurtumlarla içilir.

3. C vitamini və efir yağları ilə zəngin olan iynəyarpaq (şam ağacı, ağ şam ağacı, küknar və s.) qanı və damarları çox yaxşı təmizləyir. İynəyarpaq qışda xeyirli maddələrlə xüsusilə zəngin olur.

5 xörək qaşığı xırdalanmış iynəyarpağın üzərinə (ağac cavan olmalıdır) 1 l qaynar su əlavə edin  və vam odda 10 dəqiqə ərzində qaynadın. Sonra 1 saat isti yerdə saxlayın, daha sonra yaxşı süzün və gün ərzində için.

Belə dəmləmələr orqanizmi müxtəli ziyanlı maddələrdən təmizləyir, immuniteti gücləndirir, insanın sinir siteminə sakitləşdirici təsir edir.

İynəyarpaq dəmləmələri ilə vannalar da çox xeyirlidir. Belə vannalar çox yaxşı sakitləşdirir,  yuxusuzluqla mübarizə aparır, orqanizmi təmizləyir. Vanna üçün 10 xörək qaşığı xırdalanmış iynəyarpaq 1 l qaynar suda 1 saat ərzində dəmlənilir və dəmləmə isti vannaya əlavə olunur. Belə vannaları 1-2 həftə ərzində hər axşam yatmazdan əvvəl qəbul etmək olar.

4. Dəfnə yarpağı dəmləməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir. 6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftə. 1 həftədən sonra müalicəni təkrarlamaq olar.

5. Pişikotu kökü, pıtraq kökü, yemişan, adaçayı (sürvə) digər xeyirli xüsusiyyətlərlə yanaşı damarları da çox yaxşı təmizləyir. Hər otdan 1 çay qaşığı götürüb termosa qoyun, 1/2 l qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için.

6. Balqabaq tumları damarları yaxşı təmizləyir. Gün ərzində 1 ovuc təmizlənmiş balqabaq tumları qəbul edin.

7. Bəzi dərman preparatları damarların və qanın təmizlənməsinə kömək edir. Lakin bu dərmanları yalnız həkim təyin etməlidir.

Bütün sadaladığımız vasitələri istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və pozulmalar zamanı bu vasitələr ziyanlı ola bilər.

Şərhlər

Çox oxunanlar