Türklərin “günah şəhəri”: Batumi - Araşdırma

26.07.2015 19:28     Maraqlı     6395

Xarici ölkədə bir şəhər təsəvvür edin: Əhalisi 150 min, ildə qəbul etdiyi turistlərin sayı 4.5 milyon və bunların 3 milyonu Türkdür. Bu şəhərin adı Batumidir.

Reaksiya.az xəbər verir ki, “Milliyyət” qəzetinin müxbiri Ali Eyüboğlu Gürcüstanın Batumi şəhərində baş verənləri parlaq bir şəkildə yazmaq üçün ora səfər edib.

Türklərin “günah şəhəri” Batumi ilə bağlı şok təfərrüat:

“Türkiyənin Sarp Sərhəd Qapısını keçdikdən sonra qarşınıza çıxan şəhər Batumidir.

 Xaricdə hər kvadratmetrə ən çox Türk turistinin düşdüyü Batumi üçün 25 il əvvəl gedəndə "Günah şəhəri" deyə bilməzdik. İndi isə deyirik. Nədən?

"Qumarxana deyirsinizsə, bol miqdarda var. Bəs, dünyanın ən qədim peşəni icra edən qadınlardan da bol miqdarda varmı? Gecələr gəzmədiyim və axtarmadığım üçün bunları görmədim, amma "Od olmayan yerdən tüstü çıxmaz" deyərlər. Yerləşdiyimiz “Hilton”un liftində belə gənclərə rast gələndə düşünürsən ki, var.

Qonşumuz Batumidə Türk məhsullarının satıldığı marketlərdə hər kəsin “Bir az Türkcə bilirəm” deməsi diqqəti cəlb edir. Hətta, valyuta məntəqələrində TL alınıb - satılması da mənə təbii gəldi. Gürcüstanın üç muxtar bölgəsindən biri olan Acariyanın paytaxtı Batumidəki çox mərtəbəli yeni binaları Türklərin tikməsi də…

Ancaq mindiyim taksilərdə taksometrlər təəccübləndirdi məni. YTL zamanında bizim taksilərin istifadə etdiyi və üzərində hər şeyin Türkcə yazıldığı taksometrləri, dili və valyutası fərqli bir ölkənin taksisində görəndə deməyə söz tapa bilmirsən.

25 İLDƏ NƏLƏR DƏYİŞDİ?

1990-cı ildə getdiyim Batumi ilə bugünkü arasında nə fərqlər var?

Bir tərəfdə göydələnlər, digər tərəfdə SSRİ dövründə tikilmiş qədim evlər, binalar…

Şəhərin içindəki parkı qoruyub, daha da gözəlləşdiriblər. Parkın içində, bilyard və stolüstü tennis də var. İstəyən piano da çalır, istəyən bilyard, stolüstü tennis oynayır. Hamısı pulsuz. 25 ildə 4 və 5 ulduzlu bir çox otelin tikintisinə icazə veriblər, amma heç birinə çimərliyi havayı çəkməyiblər. Şəhərin sahili isə boydan-boya vətəndaşın əmrindədir. Kimisi dənizə girir, kimisi qaçır, kimisi velosiped sürür, kimisi də lunaparkda əylənir.

Gürcüstanın əfsanə məhəbbətini simvollaşdıran "Əli və Nino” üçün tikilən 4 dəqiqədə bir qovuşub ayrılan nəhəng heykəl, içində restoran olan tərs bina, Romadakı “Collesium”a bənzəri olan mənzil, “Titanik”ə bənzədilən restoran kimi şəhərə aid müxtəlif simvol quruluşları var.

25 il əvvəl gedəndə səhər-axşam kürü yeyirdin, bir dənə də olsun, qara zeytun tapa bilmirdin. Gürcüstanda yeni açılan “Hilton”da indi sadəcə qara, yaşıl deyil, qırmızı zeytun da yedik. "Qırmızı zeytun olurmu?” sualını verdim. Gürcülər yaşıl zeytunu kimyəvi bir boyada saxlayıb qırmızı edirlər. Zeytunun rəngi dəyişir, amma dadı eynidir.

 İSTİQLALA “CURIO BY HILTON”

“Hilton Worldwide”nin Türkiyə bölgəsi üzrə Marketinq departamentinin direktoru Bürcü Yatmazoğlu ilə Batumidə açılan 20 mərtəbəli “Hilton”un eyvanında söhbət etdik.

Yatmazoğlu Türkiyədə belə otellərin sayının 34-ə çatdığını deyib: "Hədəfimiz Türkiyədə 30 otel daha açmaqdır".

O, tərkibində “Conrad”, “Waldorf Astoria”, “Doubletree”, “Embassy Suites”, “Garden Inn” kimi markaları da saxlayan “Hilton”un yeni brendi “Curio”nun da Türkiyə bazarına daxil olacağını da bildirdi.

“Curio by Hilton” İstanbulun ən populyar prospekti olan İstiqlaliyyətdə açılacaq.

Türkiyənin ən məşhur, ən izdihamlı prospektində yerləşən tarixi Rumeli Xan iki il içində otelə çevriləcək və “Curio by Hilton” kimi turizm sektoruna daxil olacaq”.

Şərhlər