Monako şahzadəsi italiyalı jurnalistlə evləndi

26.07.2015 23:36     Maraqlı     3750

Dünyanın ən qibtə edilən şahzadələrindən biri – Monako şahzadəsi Pyer Kaziraqi italiyalı jurnalist Beatris Borromeo ilə ailə həyatı qurub.

Reaksiya.az xəbər verir ki, şahzadənin toyu Monakoda baş tutub. Cütlüyün nikah mərasimi isə İtaliyada keçiriləcək.

Dünya mediası bu toyu “ilin toyu” adlandırıb.

Qeyd edək ki, Pyer və Beatris 2008-ci ildə tanış olublar. Gəlin varlı və aristokrat kökü olan bir ailədəndir. 

Şərhlər