Çin yeni nəsil daşıyıcı raketini müvəffəqiyyətlə test edib

27.07.2015 11:06     Maraqlı     2772

Çin Müdafiə Nazirliyinə bağlı Elm, Sənaye və Texnologiya İdarəsi, ölkənin yerli istehsalı "Uzun gediş"adlı daşıyıcı raketlərinin yeni nəsil "Uzun Gediş-5" modelini müvəffəqiyyətlə sınaqdan keçirdiyini açıqlayıb.
"Uzun gediş" daşıyıcı raketlərinin beşinci nəsli olan yeni raketin dünya orbitinə 25 ton, yer sabit (GEO) orbitinə isə 14 ton yük yerləşdirmə imkanında olduğu ifadə edilib, özəllikləri ilə istifadə olunan əsas daşıyıcı raketlərin daşıma gücünə alternativ olacağı da qeyd edilib.
Raketdən orbitə daxil olma, enmə və geri qayıtma əməliyyatlarından başqa Ay missiyası və kosmos stansiyası işlərində istifadə ediləcəyi ifadə edilib
Ölkənin kosmik sənayesində hazırda istifadədə olan dörd nəsil "Uzun Gediş" raketləri var.
Qeyd edək ki, Çin müasir daşıyıcı raketləri 1956-ci ildə yaradıb.

Şərhlər