Portuqaliyada qədim timsah yumurtaları aşkar edilib
10.03.2017 15:09 Maraqlı 1792
Elmə məlum olan ən qədim timsah yumurtaları Portuqaliyanın qərbindəki qayalıqlarda aşkar edilib.
Tapıntı 152 milyon il əvvəl yumurta qoyan heyvan barədə daha ətraflı təsəvvür yarada bilər.
Yer üzunə 200 milyon il əvvəl gələn timsahlar ilk dinozavrlarla birgə yaşayıblar.
"Onların eradan əvvəlki dövrlərə aid olması bu yumurtaların qədim timsah yumurtaları olduğunu göstərir. Aşkar edilən qalıqlar timsahların və ona yaxın növlərin keçmişdə daha müxtəlif olduğunu, onların qidalanma vərdişləri, müxtəlif yaşyış yerləri və morfologiyası olduğunu göstərir ", - deyə Lissabon Univeristetindən olan Juan Russo bildirib.
Yumurtalar "əsl" timsahların qohumları olan krokodilmorflar dəstəsinə aid heyvanlar tərəfindən qoyulub.
Paleontoloqlar mütəmadi olaraq timsahkimilərin, o cümlədən Afrika çaylarında yaşayan dinozavrlarla və balıqlarla qidalanan sarkozavrların sümüklərini aşkar edirlər.
Timsah yumurtaları tez-tez aşkar edilsə də, çox zaman artıq sınmış vəziyyətdə olur.
Bir neçə il ərzində yumurtalar Lissabonun şimalında yerləşən Lorinya kəndində dinozavrların yuvasında aparılan qazıntılar zaman aşkar edilirdi.
Alimlər bir neçə yuvada timsahın iki növünə aid olan yumurtaları aşkar etmişdilər.
Bu yumurtaların müasir timsah yumurtalarına çox bənzədiyi bildirilir.
Bu isə sürünənlərin son 150 milyon il ərzində çox dəyişmədiyindən xəbər verir.
Timsah yumurtalarının dinozavr yuvasına necə düşməsi isə tapmaca olaraq qalır.
Şərhlər