İştahasız uşaqlara yemək yedizdirmənin asan yolları

27.07.2015 13:39     Maraqlı     3317

 

İştahasız  uşaqlara yemək yeməyi sevdirməyin yolları nələrdir? Yemək yemə məsələsində israr edən uşaqlarla necə davranmalı? 

 İştahasız uşağınızmı  var? Amma kimə görə, nəyə görə iştahasız? Təəssüf ki, məsələ uşaqlara yemək yedizdirmək  olunca, anaların yaradıcılıqları sərhəd tanımır! "Təyyarə gəlirr, haaam elə"! Bu, uşağınız və özünüz üçün artıq imtina etməyiniz lazım olan bir üsuldur! Çünki uşaq qidalanmasında azadlıq dövrü başladı.

Yeyəcəyi miqdarı öz müəyyən etsin

Yemək yedirtmək üçün arxasınca qaçmayın, televizor qarşısına oturtmayın. Uşaq qidalanmasında qızıl qayda, uşağınızın "nə zaman, harada, nə yeyəcəyini" siz; "nə qədər" yeyəcəyini isə uşağınız müəyyən edir. Görəcəyiniz ən gözəl davranış yeməyini qarşısına qoymaq və onu azad buraxmaqdır.

Ac olmayanda, canı istəməyəndə və ya doyarkən, qarşısındakı boşqabı bitirməsi üçün uşağınızı zorlamayın. 20-30 dəqiqə istirahət saatının bitməsini gözlədikdən sonra, artıq uşağınız nə qədər ye deyəcəyiniz bir söz var: "Doydunsa  əllərini yuyub oyun oynaya bilərsən"!

 

Artıq yedizdirilən hər bir qaşıq, həddindən artıq köklüyə doğru  atılan bir addımdır!

 "Bu qaşıq mənim üçün", "Bu qaşıq atan üçün" israrına artıq son verin! Uşağınızın səsinə qulaq verin. Gündə 10 g artıq alan uşağınız 1 ildə 3,5 kq artıq çəki alar. 10 ildə isə 30 əvəzinə 65 kiloqrama çatar! Uşağınızın da azad bir insan olduğunu unutmayın. Doyub doymadığı qərarını özünə buraxın.

 Ən sıx edilən səhv: Xörəklərə qoyulan mükafat və ya cəza

 Uşağınızı aldada biləcəyinizi düşünürsünüz, elə deyilmi? Etiraf edək ki, onlar bizdən daha ağıllıdırlar. Bəlkə də sevərək yeyəcəyi bir ləzzət var önündə,  amma yeməyin sonunda qoyulan mükafat və ya cəza o ziyafətə daha çox reaksiya göstərməsinə səbəb olur. Çünki bilirlər ki, yeməyin sonunda mükafat və ya cəza varsa  dadı da pisdir. Sonda isə qazanan uşağınız olar, həm yeməyini yeməz, həm də mükafatını alar. Beləliklə  adı da "iştahasız uşaq" olar.

 Sizə görə iştahasız olan uşağınız üçün nə etməli?

 

Diqqətini çəkmək üçün rəngli, naxışlı qablar istifadə edin. 2,5 yaşından sonra mətbəxə birlikdə girin və yeməkləri, süfrəni birlikdə hazırlayın. İnternetdə yer alan vizual formalardan istifadə edərək  birlikdə əyləncəli boşqablar hazırlayın. Hazırlıq zamanı içində olduğu yeməkləri daha asan yeyəcək.

 Ara yeməklərə nə vaxt keçməlisiniz?

 Uşağınıza əsas pay sistemi yaratmadan, ara yeməklər sisteminə keçməyin. Nizamlı bir şəkildə səhər, günorta, axşam yeməklərini yeyən uşağınız üçün istirahət zamanı gəlmişdir artıq deməkdir. Rahatlıqla yeyəcəyi meyvə qabları, yanında yoqurt, tərəvəz boşqabları, mini buterbrodlardan yaranan ara pay alternativləri yaradın. Uşağınızın sıx yerləşdiyi otağın (oyun otağı, zal kimi) bir guşəsini  istirahət guşəsi edin (göz önündə olması mühümdür). Ara pay alternativlərini hər gün fərqli olmaq üzrə bu küncə qoyun. Uşağınız görməyə vərdiş etdikcə yeməyə də alışacaqdır.

 "Uşağım çox iştahasız"!

 Uşağınızın iştahasını yalnız süd içməsin, qatıq,  pendir və ya təzə lobya yeməməsinə görə müəyyən edə bilməzsiz. Uşağınız gün ərzində qatığını, pendirini yeyirsə süd içməməsi lazımi qədər qidalanmadığı mənasına gəlməz. Ehtiyacı olan kalsiumu qatıq və pendirlə qarşıladığı mənasına gəlir. "Uşağım çox iştahasız, yemək yemir" deməmişdən öncə özünüzü və uşağınızın qidalanma davranışlarını mühakimə edin, sonra qərar verin.

  Yemədiyini necə anlaya bilərik?

 Çəki itkisi bizim üçün ən önəmli meyardır. Çünki uşağınızın yemək yeməmə səbəbi ac olmadığı və ya yeməyin dadını bəyənmədiyi üçün ola biləcəyi kimi, ciddi sağlamlıq problemlərindən də qaynaqlana bilər. Əgər uşağınız yeməyib bununla birlikdə kilo da itirirsə  mütləq uşaq həkimindən kömək istəyin.

Şərhlər