Hamiləlikdə körpə ananın ruh halından təsirlənə bilərmi?

27.07.2015 13:46     Maraqlı     2991

Bu davranışlar uşağın ruh halına mənfi təsir göstərir

Uşağın inkişafının da anaya birbaşa təsir göstərdiyini deyən mütəxəssislər  hamiləlikdə ana körpə rabitəsini izah ediblər.

 Analıq duyğusu instinktiv bir faktdır. Ana olmaq özündən bir parça dünyaya gətirmək, daxilində səndən bir parçanın an bə an böyüməsinə şahidlik etmək və onu sağlam bir şəkildə dünyaya gətirməklə bərabər böyüyən duyğular toplusudur. Bütün bu mərhələləri xəyal etmək, an bə an 9 aydan çox bir müddət ərzində bu inkişafa şahidlik etmək, doğulan sağlam uşağın qələbə fəryadlarına birgə duymaq bir ananın yaşadığı ən möcüzəvi hadisələrin ən önündə gəlir.

 Yediyiniz qidalar körpə müsbət təsir göstərir

 Bu möcüzəvi hadisənin, yəni təbiət tarixinin hər bir adla yenidən yazılması xoşbəxtlik qədər anaya msuliyyətlər də gətirir. Ana bu məsuliyyət şüuru ilə yediyi, içdiyi qidalara diqqət etməlidir. Ananın hissləri, dad alma  toxumaları uşağınkı ilə  iç-içə keçdiyinə görə yeyilən hər yemək iki canlını birdən yedizdirir. Nəfəs aldığınız hava, yaşadığınız yer, yediyiniz qidalar hamısının bilavasitə körpəyə müsbət və ya mənfi təsiri mövcuddur.

 Uşağın inkişafı də ana birbaşa təsir edir

 İnkişaf edən son elmi məlumatlardan bilirik ki, hamiləlik dövrü həftə-həftə sürətli bir inkişaf etməkdədir. Dəyişiklik o qədər sürətlidir ki, bir lobya dənəsi 9 ay ərzində üç kilodan artıq və 50 sm ətrafında bir körpəyə çevrilir. Bu sürətli inkişaf ana bətnində olduğundan, ananın ruh halı körpəyə, uşağın inkişafı isə Anaya  birbaşa təsir göstərir.

 Körpə ananın əlini hiss etməyə başlayır

 12-ci həftədə uşağın dad və toxunma orqanları dəyişir. 17-ci həftədə uşaqdakı inkişaf daha da sürətləndiyi üçün ana kitabı daha yüksək səslə oxuyanda və ya musiqiyə bir az daha yüksək səslə qulaq asanda ana bətnindəki körpə bu səs tezliklərini eşidir. 21-27 həftə arası körpələrdə toxunma duyğusu inkişaf etdiyindən ananın əlini uşaq hiss etməyə başlayır. 27-ci həftədən sonra uşaq gözlərini açır, amma görə bilmir. Qısacası, hər həftə xarici dünyaya bir hazırlıq mərhələsi halından   keçir. Bu mərhələlər ərzində ana bətnindəki körpə xarici dünyadan təsirləndiyi kimi ana də içindəki körpənin hərəkətlərindən təsirlənir. Analar unutmamalıdır ki, uşaqla  ilə bağlı bilavasitə ünsiyyət 12-ci həftədən etibarən başlayır və doğuş anına qədər davam edir.

Ana bətnindəki körpə ananın idman fəaliyyətlərindən və ya yavaş fəallığından, gülümsəməsindən, təlaşından,  depressiv ruh halından təsirlənir. Çünki tutduğumuz hər bir əməl bir sinir və əzələ sisteminin fəallığından ibarətdir. Duyğularımız hormonal maddələrdən qaynaqlanır. Qorxu, narahatçılıq, xoşbəxtlik, həyəcan, ağrı hiss etmə kimi hisslərimiz bədəndəki seratonin, dopamin, endorfin, melatonin kimi hormonların kafi və ya qeyri-kafi ifrazı ilə reallaşır. Bu hormonlar da təbii olaraq uşağın ruh halını təsir edir.

 Hamiləlikdə pozitiv olmaq körpəyə çox böyük faydalıdır

 Ananın yaşadığı bir qorxuya  görə vaxtından əvvəl doğuşların, erkən hamiləlik pozulmalarının, hətta ana narahat olduğunda uşağın əzələlərinin hərəkətinin daha sürətlənməsi kimi hamiləlik mərhələlərinin olduğunu bilirik. Buna görə hamiləlik prosesində sağlam qidalanmaya, hamiləlik mərhələlərinə görə ardıcıl və diqqətli idman hərəkətlərinə,  bol-bol təbəssüm və sosial həyatın içində olmağın anaya və körpəyə çox böyük fayda, səadət, rahat bir hamiləlik dövrü gətirəcəyini deyə bilərik. Hamiləlik dövründə mütləq həkim məsləhətinə riayət edilməlidir. Doğuş yaxınlaşdıqca peşəkar mamaçalar tərəfindən hamiləlik prosesi, normal doğuş və qeysəriyyə  ilə bağlı  məlumatların doğru çatdırılmasını qətiyyətlə təklif edirik.

Şərhlər