İlanın əcdadı dörd ayaqlı imiş

27.07.2015 14:30     Maraqlı     3554

 
Alimlər bu günə kimi var olan ən qədim ilan qalığında dörd ayaq olduğunu müəyyən ediblər. 120 milyon il yaşı olan qalıq ayaqlarından başqa bu günkü ilanlardan demək olar ki, fərqlənmir.
Almaniyadakı bir muzeydə qalığın 120 milyon il əvvəl yaşamış bir ilana aid olduğu aydın olub. Tetrapodophis amplectus (dörd ayaqlı ilan) adı verilən qalıq Portsmouth Universitetinin əməkdaşı David Martill tərəfindən fərqinə varıb.
Martill Braziliyanın şimali-şərqində gətirilən 20 sm uzunluğundakı ilan qalığı Solnhofen Muzeyində tapıb. Braziliyadakı qalıq yataqları məsələsində mütəxəssis olan Martill yenidən kəşf edilən ilan qalığının bənzərlərindən ən az 20 milyon il daha əvvələ gedib çıxdığı ifadə edilib.
Dörd ayaqlı ilanın düşünülənin əksinə ayaqlarını yerimək üçün yox, cütləşmə əsnasında və ovunu tutarkən istifadə etdiyi düşünülür.
"Science" saytına açıqlama verən Martill bildirib ki, təkamül nəzəriyyəsi kərtənkələlər ilə ilanlar arasında keçidi təmsil edən bir heyvanın mövcud olmalı olduğunu müdafiə edirdi və alimlər həmin heyvanı tapıblar.
Qeyd edək ki, elm adamları ilan növlərinin genetik məlumatlarını müqayisə etdikləri digər bir araşdırmada ilanların 128 milyon il əvvəl iki inkişaf etmiş ayağa sahib olduğunu irəli sürmüşdülər.

Şərhlər