Son dəqiqə: Nəhəng aysberq sahilə yaxınlaşdı.

20.04.2017 13:56     Maraqlı     1627

Yazın gəlməsi ilə əriyən buzlaqlardan qopan göydələn böyüklüyündəki nəhəng aysberq Kanadanın şərqindəki Nyufoundlend adasına yaxınlaşıb. Ada sakinləri səhər oyandıqda okean sahilində gördükləri bu mənzərə qarşısında çaş-baş qalıblar.

Milli.Az xəbər verir ki, Reuters xəbər agentliyinin foto müxbirləri Qreq Lokqe və Cody Martin həmin qeyri-adi olayı çəkiblər.

Professional və həvəskar bir çox fotoqraflar bu mənzərəni çəkmək üçün Nyufoundlend adasına axın etməyə başlayıblar.

 

Təhməz Təkin

Reaksiya.az

Şərhlər

Çox oxunanlar