Azərbaycan Ordusu üçün qeyri-adi layihə: - Qarabağa qayıdış - VİDEO

22.04.2017 16:51     Maraqlı     1558

Azərbaycanın Ordu Günü ilə bağlı qeyri-adi layihə hazırlanıb. Bu, bir gün Azərbaycan əsgərinin Qarabağa dönəcəyini göstərən xüsusi qısa animasiya filmidir.

Animasiya filmində göstərilir ki, Qarabağa yenidən Azərbaycanın üçrəngli bayrağı taxılandan sonra oralar necə dəyişəcək, hazırda peyk çəkilişlərində xarabalığı andıran yerlər necə bərpa olunacaq...

Azərbaycan əsgərinə ithaf olunan animasiya filmi AzVision.az saytı, `Gələcəyə Baxış` İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə layihəsidir.

 

 

Reaksiya.az

Şərhlər