Rusiya ABŞ-ın raketdən müdafiə sistemini Tu-22M3 - lərlə keçəcək - FOTOLAR

28.07.2015 14:31     Maraqlı     3389

Rusiya Müdafiə Nazirliyindən etibarlı bir mənbəə İnterfax - a açıqlamasında bildirib ki, Tu-22M3 tipli bombardman təyyarələrinin mənzilinin Qara dəniz sərhədlərini aşa biləcək və beləcə Qara dəniz və ətrafında hava təhlükəsizliyi daha təsirli hala gələcək.
Rusiyanın səsdən sürətli döyüş təyyarələri 4202 - lər də ABŞ raketdən müdafiə sistemlərini təsirsiz hala gəlməsinə kömək edəcək. Mənbə açılamasında bildirib ki,  əgər Rusiyanın 4202 səsdən sürətli təyyarələri müvəffəqiyyətli sınaqdan keçsə, ABŞ-ın raketdən müdafiə layihəsi mənasız hala gələcək.
Rusiyanın səsdən sürətli döyüş təyyarələri ilə əlaqədar testlərin bu il də davam edəcəyini ifadə edən rəsmi ABŞ-ın da yeni döyüş təyyarələri ilə əlaqədar işlərin getdiyini xatırladıb.
Gələcəyin silahları kimi bilinən səsdən sürətli təyyarələr çox sürətli hərəkətləri və çox həssas idarə olunan raket daşımaları ilə ön planda olacaq.
Rusiya 1990-cı illərdə başa çatdırdığı elmi araşdırmaların bir qismini hazırda elmi araşdırma institutları vasitəçiliyi ilə həyata keçirir.

Şərhlər

Çox oxunanlar