FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb
17.05.2017 08:09 Maraqlı 1707
Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Reaksiya.az FHN-in saytına istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər