Telefon şüası xərçəng xəstəliyinə səbəb olur

02.06.2017 13:25     Maraqlı     3045

Hazırda dünyada uşaqlardan böyüklərə qədər hər kəs mobil telefonardan davamlı şəkildə istifadə edir. Lakin alimlər telefon şüasının xərçəng xəstəliyinə səbəb olması ilə bağlı ciddi şəkildə xəbərdarlıq edir.

Xərçəng xəstəliyinin yaranma səbəblərindən biri də telefon şüası imiş. Gün boyu əlimizdən düşməyən telefonları yatarkən də yanımızda saxladığımızdan bizi müxtəlif xəstəliklərin astanasına sürükləyir.

Gecə süni işıq – şüa yuxunu və oyaqlığı tənzimləyən melatonin hormonunun yaranma prosesini ləngidir. Melotonin hormonu beyində yerləşən epifiz vəzi (onu “üçüncü göz” də adlandırırlar) tərəfindən ifraz olunur. Melotonin yuxu hormonudur və onun qanda olan səviyyəsi gecə saatlarında daha da artır. Hormonun ifrazı saat 00:00-dan 04:00-a kimi yüksəlir. Buna görə də sağlam və cavan qalmaq istəyənlər bu saatlarda dərin yuxuya getməlidirlər. Gecə boyu ifraz olunan hormon orqanizmi bərpa edir və onu cavanlaşdırır.

Melatonin hormonunun azalması isə depressiya, xərçəng xəstəliyi, şişmanlıq, bir sıra ürək xəstəlikləri və immunitet sisteminin zəifləməsi ilə nəticələnir. Buna görə də yuxu rejiminə riayət etmək və gecə saatlarında mobil telefondan istifadənin mümkün qədər azaldılması tövsiyə olunur.

Reaksiya.az

Şərhlər