Dünyanı gözləyən BÖYÜK FƏLAKƏT: 2050-ci ilə qədər...
16.06.2017 13:09 Maraqlı 1986
İqlimşünasların bildirdiyinə görə, qlobal istiləşmənin nəticəsi olaraq 2050-ci ilə yaxın sahil ərazilərdə daşqınların sayı xeyli çoxalacaq.
Priston universitetinin mütəxəssislərinin bu gün “Environmental Research Letters” dərgisində nəşr olunan məqaləsinə görə, əvvəllər 100 ildə bir dəfə olan dəhşətli daşqınlar, əsrin ortalarında demək olar ki, hər il baş verəcək.
1824-cü ildə Rusiyada baş verən dəhşətli daşqın Sankt-Peterburq şəhərinin tarixində son 300 ildə qeydə alınmış ən fəsadlı təbiət hadisəsidir. Şəhərin köhnə binalarında bu barədə xatirə tabloları var. Bu hadisə Puşkinin poemalarında da əks olunub. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi hadisələr artıq tez-tez baş verəcək.
Əgər “parnik” qazlarının tullantısı bu templə davam edərsə, o zaman buzların əriməsi səbəbindən yüzilliyin sonuna yaxın dəniz səviyyəsi 0.3-0.9 metr qalxacaq. Əldə olan iqlim modellərinə nəzərən mütəxəssislər ABŞ-ın sahilyanı ərazilərinin risqini proqnozlaşdırmağa çalışıblar.
Məlum olub ki, bu ərazilərdə 100 ildə bir dəfə baş verən daşqın, 2050-ci illərdə ortalama 40 dəfə daha çox baş verəcək. Lakin daşqın risqləri qeyri-bərabər inkişaf edəcək: məsələn, Nyu-Yorkda “100 illik” daşqın 20 ildə bir dəfə, San-Fransiskoda 1 ildə bir dəfə, San-Diyeqoda 10 ildə bir dəfə. Yəni, Sakit Okean sahilləri daha çox ziyan çəkəcək.
Həmçinin, Dünya Bankının hesabatına görə, dəniz səviyyəsinin qalxmasından ən çox zərər çəkəcək 10 şəhərdən 5-i məhz ABŞ-da yerləşir – bu Mayami, Nyu-York, Tampa, Nyu-Orlean və Bostondur. Bütün bunlara baxmayaraq qəribəsi budur ki, bu yaxınlarda Donald Tramp ABŞ-ın İqlim Dəyişikliyi üzrə Paris Razılaşmasından çıxmasını elan etdi. Hansi ki, bu razılaşma məhz “parnik” qazlarının minimuma endirilməsinə çağırış xarakteri daşıyır.
Şərhlər