Hilin sağlamlıq üçün 7 İNANILMAZ FAYDASI
29.06.2017 14:25 Maraqlı 1975
Hil tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Maraqlıdır ki, orta əsrlərdə Avropada hil həqiqətən dərman sayılır və apteklərdə satılırdı.
1. Hil həzm proseslərini yaxşılaşdırır, köpü azaldır. Bəzi şərq ölkələrində yeməkdən sonra hilin toxumlarını çeynəmək adəti var.
2. Hil ağızdan gələn pis qoxunu və ürəkbulanmanı aradan götürür.
3. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
4. Təbii antiseptik olan hil orqanizmdə mikrobları öldürür.
5. Hil ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək döyünməsini və təzyiqi tənzimləyir.
6. Hil sinir sistemini möhkəmləndirir, depressiya, stress və nevrozlarla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.
7. Antioksidantlarla zəngin olan hil bir çox xroniki xəstəliklərin və həmçinin xərçəngin təbii profilaktik vasitəsidir.
Hili müxtəlif şirniyyatlara, xörəklərə, çaya və qəhvəyə əlavə edirlər.
Şərhlər