Dünyanın ən təhlükəli yolları
02.07.2017 16:22 Maraqlı 2432
Dünyada milyonlarla yol var. Bu yollardan bəzilərində avtomobil idarə etmək, hətta sadəcə gəzmək cəsarət istəyir.
“Ölüm yolu” (Death Road), Boliviya
Adından da bəlli olduğu kimi bu yolda hər il 250-300 turist həlak olur. Hətta bu yolda ölənlərin bəzilərinin cənazələri yolun kənarında dəfn olunub. “Ölüm yolu” 4650 metr yüksəklikdə yerləşən dağa qədər uzanır.
Guoliang Tuneli, Çin
Guoliang tuneli bu bölgədə yaşayan insanlar tərəfindən salınmışdır. 1200 metr uzunluğu və 4 metr eni olan bu yoldan 2 maşın çətinliklə keçə bilir. Tunel o qədər çətinliklə salınmışdır ki, iş prosesi zamanı da xeyli insan qəza nəticəsində dünyasını dəyişmişdi.
Patiopoulo Perdikaki Yolu, Yunanıstan
Dünyanın ən təhlükəli yollarından biri olan Patiopoulo Perdikaki yolu yağışlı havalarda daha da qorxulu olur. Maraqlısı isə odur ki, bu yolda təhlükəni azaltmaq üçün heç bir tədbir görülməyib. Kəskin döngələri olan bu yolda avtomobili olduqca diqqətli idarə etmək lazımdır. Yoxsa maşın uçurumdan aşağı yuvarlana bilər.
Sichuan – Tibet Şosesi, Çin
Kəskin döngələri ilə diqqət çəkən Sichuan – Tibet şosesi çox gözəl bir mənzərəyə sahibdir. Bu yolun təhlükəli cəhəti ondan ibarətdir ki, avtomobillərin üzərinə hər an qaya parçası düşə bilər.
D915 Quru Yolu, Bayburt – Türkiyə
Dərəbaşı döngələri kimi tanınan və Karaçamdan keçən bu yol dünyanın ən təhlükəli yolları siyahısına daxil edilmişdir. 106 km uzunluğunda olan yol 29 kəskin döngədən ibarətdir.
Halsema Şosesi, Filippin
Bu yol Filippinə gələn turistlərin ən çox görmək istədiyi yerlərdəndir. Dünyanın ən təhlükəli yollarından biri kimi diqqət çəkir.
Şərhlər