Körpələri havaya atmağın mənfi fəsadları
29.07.2015 16:02 Maraqlı 2477
Mütəxəssislər uşaqları havaya atılıb tutulanda daxili orqanlarının yer dəyişdirə biləciyini vurğulayırlar. Mütəxəssislər onu da bildirirlər ki, valideyinlər uşaqları oynadarkən bilməyərəkdən səhvlərə yol verirlər.
Mütəxəssislər bildirir ki, körpələri havaya ataraq oynatmaq bağırsaq dolaşmasına səbəb ola bilər. Bundan əlavə uşaqlar yerə düşə və ya da başlarını tavana çırpa bilərlər. Xüsusilə 6 aylıq və 2 yaş arasında olan körpələrin havaya atılıb tutulduqda daxili orqanlarının yeri dəyişir. Bağırsaq dövranı pozulur, hətta hər hərəkətdə bağırsaq bağırsağın içinə girir. Həmçinin uşağın başının tavana dəyməsi və ya yerə düşməsi nəticəsində yaranacaq travmalar da ciddi sağlamlıq problemlərinə, hətta daimi əlilliklərə zəmin yaradır".
Mütəxəssislər söyləyir ki, uşaqları yatırdarkən ayaqda yelləmək də ziyanlıdır. Əgər uşaq yellənilmədən yatmırsa bu zaman uşağı diz üzərinə qoyub çox yavaş halda, bütün bədəni uyumlu şəkildə hərəkət edəcək formada yellədərək yatızdırmaq olar. Yeniyetmələrdə beyin toxuması kəllə sümüyünün içini tamamilə doldurub halbuki uşaqlarda belə deyil və hər hərəkətdə hədsiz çox silkələnir. Beləliklə, beyin toxumasında sinir hüceyrə itkisinə yol aça bilər. Həmçinin, baş önə və arxaya sürətlə gedib gələcəyi üçün tor qişasında qan sızmasına və kəllə daxili qan sızmasına səbəb olabilər..
Şərhlər